“Qalatasaray” futbolçuları Bruma və Yiğit Gökoğlanı klubdan göndərir. Apasport.az saytının məlumatına görə, bu barədə “Ntv Spor” xəbər yayıb.
Belə ki, “sarı-qırmızılar” legioner limitini boşaltmaq üçün yaxın günlərdə zədələnən və 6 aylıq sıradan çıxan Brumanı mövsüm sonuna qədər digər Superliqa təmsilçisi “Qaziantepspor”a icarəyə verib. İstanbul klubu portuqaliyalı yarımmüdafiəçinin keçidi üçün heç bir məbləğ tələb etməyib.
“Cim-Bom” 24 yaşlı yarımmüdafiəçisi Gökoğlanı isə Qaziantep təmsilçisinə satıb. Bu transferin detalları ilə bağlı hələlik ətraflı məlumat verilməyib. Hər iki keçidlə bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcəyi deyilir.
Qeyd edək ki, “Qalatasaray” Brumanın müqaviləsini mövsüm sonuna qədər dondurmaq üçün Türkiyə Futbol Federasiyasına müraciət etsə də, bu həmlə baş tutmayıb. Bu səbəbdən də legioner limitində yer açmaq üçün onu icarəyə göndərib.