Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin növbəti görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” bu gün B qrupu çərçivəsində 5-ci matçına çıxıb.
“Cim-Bom” səfərdə 2-ci dəstə təmsilçisi “Tokatspor”la üz-üzə gəlib. Əsasən yeni transferləri ilə meydana çıxan İstanbul klubu rəqibini 0:3 hesabı ilə üstələyib. Qalib komandanın qollarını İzzət Hayroviç (26), Yekta Kurtuluş (40) və Veysəl Sarı (83) vurub.
Qeyd edək ki, B qrupundakı digər matçda isə, “Antalyaspor” evdə “Elazığspor”u 2:1 hesabı ilə məğlub edib.
|
1. ANTALYASPOR |
5 |
3 |
2 |
0 |
|
|
|
11 |
|
2.QALATASARAY |
5 |
3 |
1 |
1 |
|
|
|
10 |
|
3. ELAZIĞSPOR |
5 |
1 |
2 |
2 |
|
|
|
5 |
|
4.TOKATSPOR |
5 |
0 |
1 |
4 |
|
|
|
1 |