“Qalatasaray” “İnter”lə razılığa gəlmək üzrədi
11.07.2015 - 19:41
İstanbulun “Qalatasaray” klubu “İnter”in kolumbiyalı yarımmüdafiəçisi Freddi Quarini transfer etməyə yaxındı. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, istanbullular Felipe Melonun komandadan ayrılması ehtimalına görə bu keçid üçün hərəkətə keçiblər.
Bildirilir ki, iki klub arasındakı danışıqlar davam etdirilir. “Cimbom” kolumbiyalı futbolçu üçün “İnter”ə Felipe Melonun transfer hüququnu və bir miqdar pul təklif edəcək.
Qeyd edək ki, Quarin ilə bir müddət əvvəl İstanbulun digər komandası “Fənərbaxça”nın maraqlandığı deyilirdi.
0
0