Müdafiə xəttində yerli futbolçuların sayını artırmaq istəyən “Qalatasaray” Almaniya Bundesliqasında çıxış edən futbolçu ilə maraqlanır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Şalke”nin gənc müdafiəçisi Kaan Ayhana elçi düşüb.
Rəhbərliyə yaxın mənbələrdən əldə olunan məlumatlara görə, “Cim-Bom” artıq 19 yaşlı futbolçu üçün danışıqlara başlayıb. “Sarı-qırmızılar” 2015-ci ildə alman klubu ilə müqaviləsi başa çatacaq futbolçunu mövsüm sonu transfer etmək fikrindədir.
Qeyd edək ki, Türkiyə U-21 millisinin də üzvü olan Ayhan “Şalke” futbol məktəbinin yetirməsidir. O, cari mövsüm Bundesliqada 1 matça çıxıb.