“Qalatasaray” "Gənlərbirliyi" ilə görüşə ciddi itkilərlə çıxacaq
26.12.2014 - 01:18
“Qalatasaray” "Gənlərbirliyi" ilə görüşə ciddi itkilərlə çıxacaq

"Qalatasaray" Türkiyə Superliqasının XV turu çərçivəsində səfərdə "Gənlərbirliyi" ilə qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Hamz Hamzaoğlu sözügedən görüşdə 3 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

 

Belə ki, Uesli Sneyderlə Şeydu zədə səbəbindən və Felipe Melo isə sarı vərəqə limitini doldurduğu üçün komandalarına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Gənclərbirliyi" - "Qalatasaray" oyunu saat 22:00-da başlayacaq.