“Qalatasaray” uzun müddətdir Braziliyanın “Qremio” klubundan heyətinə qatmaq istədiyi Aleks Telleslə bağlı istədiyinə nail olub. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq 21 yaşlı sol cinah müdafiəçisi komanda yoldaşları ilə vidalaşıb.
Aleksin sabah Bakı vaxtı ilə saat 23:35-də İstanbulda olacağı deyilir.
Qeyd edək ki, braziliyalılar Telles üçün ödəniləcək 7 milyon avronu nağd istədiyi üçün bu transfer gecikmişdi. Artıq “Qalatasaray” bu məsələ ilə bağlı onları razı sala bilib.
Onu da qeyd edək ki, “Qremio” klubunun “Tvitter” səhifəsində Tellesin komanda ilə vidalaşdığı şəkilləri paylaşılıb.