“Qalatasaray” Aleksi İstanbula gətirdi - FOTO
18.01.2014 - 01:04
“Qalatasaray” Aleksi İstanbula gətirdi - FOTO

“Qalatasaray”ın “Qremio”dan transfer etdiyi Aleks Telles bu gecə İstanbula gəlib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisini  bir qrup “sarı-qırmızılı” azarkeş və klub nümayəndələri qarşılayıb.

 

Məlumatlara görə braziliyalı tibbi müayinədən keçdikdən sonra yeni klubu müqavilə imzalayacaq.

 

Qeyd edək ki, klubu Telles üçün ödəniləcək 7 milyon avronu nağd istədiyi üçün bu transfer bir az gecikmişdi.