“Qalatasaray” Alekslə müqavilə bağladı
22.01.2014 - 06:58
“Qalatasaray” yeni transferi Aleks Telleslə münasibətlərini rəsmiləşdirib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, İstanbul təmsilçisi 21 yaşlı müdafiəçi ilə 4.5 illik müqavilə bağlayıb. “Sarı-qırmızılılar” bu keçid üçün Tellesin sabiq klubu “Qremio”ya 6 milyon 150 min avro ödəyəcək.
Qeyd edək ki, braziliyalı futbolçu yanvarın 18-də İstanbula gəlsə də, meneceri ilə bağlı yaranan problem səbəbindən onunla müqavilə imzalamaq gecikmişdi.
0
0