“Qalatasaray” argentinalı futbolçunu rəsmən açıqladı
04.02.2014 - 01:48
“Qalatasaray” argentinalı futbolçunu rəsmən açıqladı

“Qalatasaray” Argentina “Boka Xuniors”unun futbolçusu Gilyermo Burdissonu heyətinə qatıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı rəsmi məlumat yayıb.

 

Belə ki, 25 yaşlı dayaq müdafiəçisi cari mövsümün sonuna qədər İstanbul klubunda çıxış edəcək. Anlaşmaya görə, “Cim-Bom” mövsüm sonu bu futbolçunu 3 milyon avro qarşılığında müqaviləsi ilə birgə alma haqqına sahibdir. “Sarı-qırmızılar” bu keçid üçün futbolçuya 300, klubuna isə 250 min dollar ödəyəcək.

 

Qeyd edək ki, Argentina millisində də çıxış etmiş Burdisso 2012-ci ildən “Boka Xuniors”un şərəfini qoruyur. O, 2010-2011 mövsümündə icarə əsasında İtaliyanın “Roma” klubunun formasını geyib.