“Qalatasaray” Droqbanın əvəzləyicisini İtaliyada tapdı
19.02.2014 - 02:55
“Qalatasaray” Droqbanın əvəzləyicisini İtaliyada tapdı

Hazırda icarə icarə əsasında “Yuventus”da çıxış edən “Soutqempton”un hücumçusu Pablo Osvaldo karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Eurosport” xəbər yayıb.

 

Belə ki, “Qalatasaray” 28 yaşlı futbolçuya elçi düşüb. Fildişi sahilli ulduzu Didye Droqbanın müqaviləsi mövsüm sonunda başa çatacağına görə, “sarı-qırmızılar” artıq onun  yerini doldura biləcək forvard axtarışlarına start verib. İstanbul klubu baş məşqçisi Roberto Mançininin də ciddi şəkildə maraqlandığı Osvaldonu mövsüm sonu heyətinə qatmaq fikrindədir.

 

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Argentina əsilli hücumçu ötən il “Roma”dan ingilis klubuna keçib.