“Qalatasaray” hücumçusunu icarəyə verdi
21.01.2014 - 22:13
“Qalatasaray”ın futbolçusu Sərcan Yıldırım sabiq klubu “Bursaspor”a icarəyə verilib. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, 23 yaşlı hücumçu cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Sərcan 2011-ci ildə “Bursaspor”dan “Cim-Bom”a keçmişdi. Çıxışı ilə İstanbul klubunu razı sala bilməyən gənc forvard cari mövsümün əvvəlində 1-ci dəstə təmsilçisi “Şanlıurfaspor”a icarəyə verilmişdi.
0
0