“Qalatasaray” Mevlüt Erdinci alır
22.05.2014 - 05:25
“Qalatasaray” Mevlüt Erdinci alır

 

“Qalatasaray” futbol klubu yerli oyunçuların transferi üçün var qüvvəsi ilə çalışır. Apasport.az saytının məlumatına görə, bu, Türkiyədə xarici oyunçulara limit qoyulması qərarı ilə bağlıdır.

 

İstanbul klubu Didye Droqbanın komandadan ayrılmasından sonra hücum xəttini yerli futbolçularla doldurmaq istəyir. Bunun üçün “Trabzonspor”un oyunçusu Olcanla danışıqları davam etdirən klub, eyni zamanda Mevlüt Erdincin transferini həyata keçirmək istəyir.

 

Məlumatlara görə, “Qalatasaray” bu mövsüm Fransanın “Sent-Etyen” klubunda çox gözəl oyun göstərən Erdinclə danışıqları başa çatdırmaq üzrədir. Erdincin özünün də “Qalatasaray” forması geyməyə pis baxmadığı vurğulanır. Digər tərəfdən, İstanbul klubunun baş məşqçisi Roberto Mançininin də Türkiyə millisinin oyunçuları Olcan Adın və Mevlüt Erdincin tez bir zamanda alınmasını istədiyi bildirilir.