“Qalatasaray” növbəti transferini reallaşdırdı - FOTO
18.01.2014 - 02:11
“Qalatasaray” İzzət Hayroviç, Aleks Telles və Umut Gündoğandan sonra növbəti transferini reallaşdırıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, “sarı-qırmızılar” “Kayserispor”un futbolçusu Salih Dursunu heyətinə qatıb.
Belə ki, bu keçid üçün 2.7 milyon avro ödəyən İstanbul təmsilçisi 22 yaşlı sağ cinah müdafiəçisi ilə 4.5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Salih 2012-ci ildə “Sakaryaspor”dan Kayseri klubuna keçib.
0
0