“Qalatasaray” Prandelli ilə müqavilə bağladı
08.07.2014 - 11:02
“Qalatasaray” Prandelli ilə müqavilə bağladı

“Qalatasaray” italiyalı mütəxəssis Çezare Prandelli ilə münasibətlərini rəsmiləşdirib. Apasport.az xəbər verir ki, dünən İstanbula gələn məşqçi ilə 2 illik müqavilə imzalanıb.

Dünya çempionatındakı uğursuz çıxışdan sonra İtaliya millisindən istefa verən Prandelli yeni komandasından danışıb. “Qalatasaray”ın bazasını gəzən mütəxəssis yaradılan şəraitdən razılıq ifadə edib: “Komandanın bazasını gəzdim. Hər şey çox gözəldir. “Qalatasaray”ın uğurlu komanda olması yaradılan şəraitin nəticəsidir. Gələcək planlar haqqında sonra danışacağam”.