“Qalatasaray” qol silahını itirdi
03.04.2015 - 20:33
“Qalatasaray” qol silahını itirdi

“Qalatasaray” ciddi itki ilə üz-üzə qalıb.  Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin və “cimbom”un hücumçusu Burak Yılmaz  yığma komandanın Avro 2016-nın seçmə mərhələsində “Hollandiya”ya qarşı oyununda zədələnib.

 

Türkiyə mətbuatında qeyd olunur ki, forvard çempionat matçında meydana çıxarsa, onun sağalması 4 həftəyə qədər çəkə bilər.

 

Xatırladaq ki, İstanbul klubunda bundan əvvəl Semih Qaya və Səbri Sarıoğlu da zədə ilə üzləşib.