[b]Hakan Ünsal: “Qalatasaray” rəhbərliyi gülləni öz başına vurdu[/b]
19.11.2015 - 16:01
[b]Hakan Ünsal: “Qalatasaray” rəhbərliyi gülləni öz başına vurdu[/b]

“Qalatasaray”ın baş məşqçi Hamza Hamzaoğlu ilə yollarını ayırması bütün Türkiyədə şok hadisə kimi qarşılandı. Apasport.az saytının məlumatına görə, bu klubun sabiq futbolçuları hələ də bu ayrılığı qəbul edə bilmirlər.

 

Bu məsələ ilə bağlı ən maraqlı şərh isə “Qalatasaray”ın əfsanəvi heyətinin üzvü olmuş Hakan Ünsaldan gəlib. Sabiq sol cinah müdafiəçisinin fikrincə, klub rəhbərliyi bu addımla öz sonunu hazırlamış olub: “Hamza Hamzaoğlunun göndərilməsi ilin “bombasıdı”. İnanmaq mümkün deyil. Məncə, öz edam fərmanlarını imzaladılar. Gülləni ayağa vurmaq kimi bir deyim var. Amma bunlar ayaqlarına yox, başlarına vurdular".

 

Qeyd edək ki, karyerasının böyük hissəsi “Qalatasaray”la bağlı olan Hakan Ünsal 1994-2002 və 2002-2005-ci illərdə bu klubun formasını geyinib.