“Qalatasaray” yarımmüdafiəçisi ilə yolları ayırdı
03.02.2014 - 21:28
“Qalatasaray” yarımmüdafiəçisi ilə yolları ayırdı

“Qalatasaray” futbolçusu Yiğit Gökoğlanı digər Türkiyə Superliqası təmsilçisi “Ərciyəsspor”a icarəyə verib. Apasport.az saytının xəbərinə görə, bu barədə Kayseri klubunun mətbuat xidmətinin rəhbəri Kaan Savruk yerli mətbuata açıqlamasında məlumat verib.

 

Anlaşmaya əsasən, 24 yaşlı yarımmüdafiəçi mövsüm sonuna qədər yeni komandasında çıxış edəcək.

 

Qeyd edək ki, Gökoğlan 2012-ci ildə 1-ci liqa təmsilçisi “Manisaspor”dan “Qalatasaray”a transfer olunub. O, ötən mövsümü də icarə əsasında “Orduspor”da keçirib.