“Qalatasaray”a derbi öncəsi Droqba şoku
03.04.2014 - 19:27
“Qalatasaray”a derbi öncəsi Droqba şoku

“Fənərbaxça” ilə derbiyə hazırlaşan “Qalatasaray”a Droqbadan pis xəbər gəlib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında «Çelsi»yə qarşı oyunda zədələnən və o zamandan meydana çıxmayan afrikalı hücumçu yenə də məşqə çıxmayıb.

 

Onun zədəsinin ciddiliyini saxlaması baş məşqçi Roberto Mançininin də planlarını pozub. Droqbanın derbiyə kimi məşqə çıxdığı təqdirdə belə ehtiyat oyunçular skamysaında oturacağı dəqiqləşib.