“Qalatasaray”a Hamit Altıntop şoku
01.08.2015 - 22:40
“Qalatasaray”a Hamit Altıntop şoku

“Qalatasaray”ın və Türkiyə milli komandasının futbolçusu Hamit Altıntop zədələnib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçunun sağ dizində yırtıq aşkarlanıb.

 

Klubdan verilən açıqlamada Avstriya toplanışının son məşqində zədələnən yarımmüdafiəçinin son vəziyyətinin növbəti tibbi yoxlamdan sonra bəlli olacağı bildirilib.

 

Qeyd edək ki, İstanbul təmsilçisi sabah Milan “İnter”i ilə yoxlama görüşü keçirəcək.