“Qalatasaray”a pis xəbər: 2-ci səbətə düşə bilmədi
15.05.2014 - 23:57
“Qalatasaray”a pis xəbər: 2-ci səbətə düşə bilmədi

 

“Qalatasaray” futbol klubunun Çempionlar Liqasının püşkatması zamanı qrup yarışına ikinci torbadan qatılması şansları qalmadı. Apasport.az saytının məlumatına görə, artıq Avropanın ən önəmli klub turnirinə qatılacağı dəqiqləşən 16 komandanın hamısının xalı İstanbul klubundan yüksəkdir.

 

Çempionlar Liqasında bu komandaların xalı “Qalatasaray”dan yüksəkdir: “Real Madrid”, “Barselona”, “Bavariya”, “Çelsi”, “Benfika”, “Atletiko Madrid”, “Şalke”, “Borussiya Dortmund”, “Yuventus”, PSJ, “Şaxtyor”, “Mançester Siti”, “Ayaks”, “Liverpul”, “Sportinq” və “Olimpiakos”. Beləliklə, “Qalatasaray”la bərabər, “Arsenal” və “Portu” da qrup yarışlarının püşkatmasına üçüncü torbadan qatılacaqlar.

 

Qeyd edək ki, “aslan” ötən mövsüm də Çempionlar Liqasının püşkatmasına üçüncü torbadan qatılmışdı. Birinci torbadan “Çelsi”nin, ikinci torbadan “Yuventus”un, dördüncü torbadan isə “Kopenhagen”in adı çıxmışdı.