“Qalatasaray”da ciddi itki: Futbolçunun ayağı qırıldı
22.01.2014 - 22:33
“Qalatasaray”da ciddi itki: Futbolçunun ayağı qırıldı

“Qalatasaray” Brumadan sonra növbəti ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar”ın futbolçusu Aydın Yılmazın ayağı qırılıb.

24 yaşlı yarımmüdafiəçi oyunun birinci hissəsində rəqib oyunçu Sərdar Özkan ilə top uğurunda mübarizə apararkən xəsarət alıb. Dərhal xəstəxanaya aparılan Aydının sol ayağının qırıldığı deyilir. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, yaxın günlərdə zədələnən “Qalatasaray”ın portuqaliyalı futbolçusu Bruma isə 6 ay komandasına kömək edə bilməyəcək.