“Qalatasaray”da Droqba şoku
30.01.2014 - 04:11
“Qalatasaray” klubu ciddi itki ilə üzləşib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Sarı-qırmızılar”ın ulduz futbolçusu Didye Droqba zədələnib.
Ötən gün Türkiyə kuboku çərçivəsində keçirilən “Elazığspor” matçının birinci hissəsinin sonuna yaxın zədələnən 35 yaşlı hücumçu ikinci yarıda meydana çıxa bilməyib və Felipe Melo ilə əvəzlənib. Fildişi sahilli forvardın vəziyyəti tibbi müayinədən sonra bəlli olacaq.
Qeyd edək ki, ötən ilin yanvarında “Qalatasaray”a keçən Droqbanın klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0