Didye Droqbanın getməsindən sonra mütləq ulduz futbolçu almağı düşünən “Qalatasaray”ın namizədinin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, “aslan” “Real Madrid”in futbolçusu Kərim Benzema ilə danışıqlar aparır.
Qeyd edək ki, buna qədər “Qalatasaray”ın “Milan”ın futbolçusu Mario Balotelli ilə maraqlandığı iddia edilirdi. İndi isə İstanbul klubunun Benzemaya elçi düşdüyü bildirilir. Hələ qış transfer dönəmində Benzema ilə maraqlanan “Qalatasaray” o zaman istəyinə nail ola bilməmişdi. Çünki “Real” Benzemanın əvəzində 30 milyon avro tələb etmişdi.
İndi isə “Qalatasaray”ın daha ümidli olduğu vurğulanır. Çünki Karlo Ançelotti Benzemanı o qədər də bəyənmir. İtaliyalı mütəxəssis fransalı futbolçunu sataraq, əvəzində “Liverpul”un hücumçusu Lusi Suaresi almaq niyyətindədir. İspaniya mətbuatının yazdığına görə, Benzemanı bir çox klublar istəyir. Amma “Qalatasaray” onların hamısından daha şanslı hesab edilir. Bundan əlavə, Benzemanın da Mançininin başçılıq etdiyi “Qalatasaray”a gəlməyə hazır olduğu iddia olunur.