“Qalatasaray”da şad xəbər: Həmid Altıntop qayıdır - FOTO
04.02.2014 - 04:55
Cari mövsüm ancaq 3 turda çıxış edə bilən və belindəki ağrılar səbəbindən Almaniyada cərrahiyə əməliyyatı olunan “Qalatasaray”ın futbolçusu Həmid Altıntopun vəziyyəti yaxşılaşıb. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ötən gün ilk dəfə komandası ilə birgə məşqlərə qatılıb. Onun gözləniləndən tez yaşıl meydanlara qayıdacağı deyilir.
Qeyd edək ki, 2012-ci ildə İspaniyanın “Real” klubundan “Qalatasaray”a transfer olunan Həmid ikinci dəfədir ki bel nahiyəsindən əməliyyat olunur.
0
0