“Qalatasaray”da Səbri dönəmi başa çatdı
11.07.2014 - 23:25
“Qalatasaray”da Səbri dönəmi başa çatdı

 

“Qalatasaray”ın yeni baş məşqçisi Çezare Prandelli kapitan Səbri Saracoğlunu komandanın kadrları sırasından çıxarıb. Apasport.az saytının məlumatına görə, baş məşqçinin qərarı ilə daha 9 futbolçu yeni mövsüm üçün komandanın heyətindən uzaqlaşdırılıb.

 

12 ildir “Qalatasaray” forması geyən və artıq kapitanlığa kimi yüksələn Səbri xəbəri dünən səhər alıb. Prandellinin Səbrinin onun planına uyğun gəlmədiyi və güvənilən futbolçu olmadığını bildirdiyi qeyd edilir. Səbridən əlavə Gökhan Zan, Engin Baytar, Dani, Yigit Gökoğlan, Sercan Yıldırım, Eboue, Endoğan Adili, Kaan, Ontiveyro da kadrdan çıxarılıb.