“Qalatasaray”da Selcuk İnan və Burak Yılmaz imzası
24.05.2014 - 06:49
“Qalatasaray”da Selcuk İnan və Burak Yılmaz imzası

 

“Qalatasaray” futbol klubu Burak Yılmaz və Selcuk İnanla müqaviləni uzadıb. Apasport.az saytının məlumatına görə, hər iki futbolçunun 2 il sonra bitəcək müqavilələri, daha 3 il müddətinə uzadılıb.

 

Yeni müqaviləyə görə, həm Burak, həm də Selcuk ilk ildə 2 milyon 700 min, ikinci il 2 milyon 750 min, üçüncü il 2 milyon 800 min, dördüncü il 2 milyon 850 min, beşinci il isə 2 milyon 900 min avro alacaqlar. Bu, 5 il üçün 14 milyon avrodur. Bundan əlavə, hər iki futbolçuya oynadıqları hər oyun üçün 10 min avro veriləcək.

 

Qeyd edək ki, əvvəlki müqaviləyə görə Burak 2 milyon 300 min, Selcuk isə 2 milyon alırdı.