"Trabzonspor" - "Fənərbaxça" matçı dayandırıldı
10.03.2014 - 23:23
"Trabzonspor" - "Fənərbaxça" matçı dayandırıldı

Futbol üzrə Türkiyə çempionatının 24-cü turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində ikinci yerdə gedən “Qalatasaray” böyük hesablı qələbə qazanıb. “Qalatasaray”lı oyunçular “Akhisar Belediyespor”un qapısından 6 top keçiriblər.

 

Turun əsas oyunu isə martın 10-da Trabzonda başlayıb. Yerli “Trabzonspor”» klubu lider “Fənərbaxça”nı qəbul edib. "Fənərbaxça" 23-cü dəqiqədə Emenikenin qolu ilə irəliyə çıxıb. Bundan sonra azarkeşlər meydana yandırıcı maddələr və məşəllər atıblar. Matçın hakimi oyuna 10 dəqiqə ara verdikdən sonra matç davam etdirilib. Amma ilk yarıya əlavə edilən vaxtda azarkeşlər yenidən sahəyə kənar əşyalar atıblar. Hakim Bülən Yıldırım matçı təkrar dayandıraraq soyunma oyağına gedib. Bir qədər sonra matçın yarımçıq dayandırıldığı elan edilib.

 

Türkiyə çempionatı

 

24-cü tur

 

08 mart

 

“Qalatasaray” – “Akhisar BS” - 6:1

 

“Ərciyəsspor" – “Konyaspor” - 1:0

 

Bursaspor” – “Karabükspor” - 1:0

 

Elazığspor” – “Kasımpaşa” - 0:0

 

 

 

09 mart

 

Qaziantepspor” – “Kayserispor” - 2:1

 

Gənclərbirliyi” – “Sivasspor” - 2:1

 

Antalyaspor” – “Rizəspor" - 1:2

 

Beşiktaş” – “Əskişəhərspor" - 1:0

 

 

10 mart

 

“Trabzonspor” – “Fənərbaxça” - 0:1- Oyun yarımçıq dayandırılıb.