“Qalatasaray”dan qərar: Droqbaya yeni təklif
11.03.2014 - 04:09
“Qalatasaray”dan qərar: Droqbaya yeni təklif

 

 

“Qalatasaray” futbol klubu ulduz futbolçusu Didye Droqbaya yeni müqavilə təklif etmək niyyətindədir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub başkanı Ünal Aysal Droqbanın mövsümün sonunda müqaviləsinin bitməsi ilə bağlı yayılan spekulyasiyalardan narahatdır və məsələnin tez bir zamanda həllini tapmasını istəyir.

 

Aysalın fikrincə, spekulyasiyalar səbəbindən hücumçunun diqqəti yayınır. O, bu məsələni Droqba ilə də müzakirə edib və tərəflər eyni fikirdə olduqlarını bildiriblər. Məlumata görə, mövsüm bitəndən sonra tərəflər müqaviləni uzatmaqla bağlı danışıqlara başlayacaqlar və Droqbanın getməsi və ya qalması məsələsi də o zaman həll olunacaq.