“Qalatasaray”dan rəsmi transfer açıqlaması
17.01.2014 - 21:33
“Qalatasaray”dan rəsmi transfer açıqlaması

“Qalatasaray” “Bucaspor”un futbolçusu Umut Gündoğanı heyətinə qatıb. Apasport.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

 

Belə ki, 1-ci dəstə təmsilçisinə 1.661 milyon avro ödəyən “sarı-qırmızılar” 23 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Belçikanın Brüssel şəhərində anadan olan Gündoğan “Anderlext” futbol məktəbinin yetirməsidir. O, cari mövsüm komandası ilə 18 matça çıxıb və 5 qolla fərqlənib.