“Qalatasaray”ın “Yeni Messi”si
28.01.2014 - 06:32
“Qalatasaray”ın “Yeni Messi”si

“Qalatasaray” yoxlanışa çağırdığı argentinalı futbolçu Lukas Ontivero ilə razılıq əldə etdi. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, ölkəsində “Yeni Messi” adlandırılan oyunçu “sarı-qırmızılılar”la 5 illik müqavilə bağlayacaq.

 

Qeyd edək ki, “Cim-Bom” 19 yaşlı yarımmüdafiəçi ilə tam razılığa gəlsə də, klubunda legioner limiti boş olmadığı üçün onunla rəsmi sözləşmə imzalaya bilmir.

 

Qeyd edək ki, Ontivero ilə İtaliya təmsilçisi “Roma” da ciddi şəkildə maraqlanırdı.