İstanbulda sülh, "Real" növbəti mərhələdə
16.12.2013 - 15:16
İstanbulda sülh, "Real" növbəti mərhələdə

Ötən gün keçiriləcək qarşılaşmalarla Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, gecə saatlarında daha 2 görüş baş tutub.

 

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi qarşılama İstanbulda keçirilib. “Qalatasaray” doğma azarkeşləri qarşısında “Çelsi”ni sınağa çəkib. Rəqib güclü olsa da, Roberto Mançinin komandası qələbə qazanmaq, “zadəganlar” isə İngiltərə futbolunun nüfuzunu qorumaq üçün döyüşüb. Qonaqlar erkən qolla önə keçsə də, “Cim-Bom” 64-cü dəqiqədə hesabı bərabərləşdirib. Oyunda başqa qol qeydə alınmayıb və tərəflər hərəyə 1 qolla meydandan ayrılıb.

 

Günün digər matçı isə Almaniyada oynanılıb. Azarkeşlər “Şalke” ilə Madrid “Real”ı arasında baş tutacn duelə şahid olub. Qarşılaşmanın favoriti olan qonaqlar “şaxtaçılar”a doğma publika önündə divan tutub – 1:6. 

 

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar 

 

18 fevral (çərşənbə axşamı)

“Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) - 0:2

QOLLAR: Lionel Messi, 54 (pen.), Dani Alves, 90
Qırmızı vərəqə: Martin Demiçelis, 53 ("Mançester Siti")


“Bayer” (Almaniya) – PSJ (Fransa) - 0:4
QOLLAR: Matuidi, 3, İbrahimoviç, 39 (pen.), 42, Kabaye, 88
Qırmızı vərəqə: Emir Spahiç, 59 ("Bayer")


19 fevral (çərşənbə)

“Milan” (İtaliya) – “Atletiko” (İspaniya) - 0:1
QOL: Dieqo Kosta, 83

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 0:2
QOLLAR: Toni Kroos, 54, Tomas Müller, 88
Qırmızı vərəqə: Voyçex Şensniy, 38 ("Arsenal")

 

25 fevral (çərşənbə axşamı)

"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4

QOLLAR: Şatov, 58, Hulk, 69-pen - Mxitaryan, 4, Roys, 6, Levandovski, 61, 71 
 

"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0

QOLLAR: Dominqes, 38, Kempbel, 55



26 fevral (çərşənbə)

“Qalatasaray” (Türkiyə) – “Çelsi” (İngiltərə) - 1:1
QOLLAR: Şedju, 64 - Torres, 9

“Şalke” (Almaniya) – “Real” (İspaniya) - 1:6
QOLLAR: Huntelaar, 90 - Benzema, 13, 57, Beyl, 21, 69, Ronaldo, 52, 89