“Qalatasaray”ın futbolçusu İsveçrə yolunda
16.07.2015 - 21:25
“Qalatasaray”ın futbolçusu İsveçrə yolunda

“Qalatasaray”ın yarımmüdafiəçisi Blerim Cemaili “Yanq Boys”a keçə bilər. Apasport.az saytının məlumatına görə, isveçrəli futbolçu vətəninə dönmək fikrinə pis baxmır.

 

Daha əvvəl “Sion” ilə danışıqlar aparan Cemaili bu variantın alınmamasından sonra “Yanq Boys”un diqqət mərkəzinə düşüb.

 

Qeyd edək ki, İstanbulda işləri qaydasında getməyən 29 yaşlı futbolçu “Qalatasaray”dan ayrılmağı qəti şəkildə qərara alıb. Əlavə olaraq bildirək ki, o, ötən mövsüm “cim-bom”un heyətində 20 oyunda meydana çıxıb.