“Qalatasaray”ın futbolçusunun burnu sındı
23.12.2014 - 22:11
“Qalatasaray”ın futbolçusunun burnu sındı

“Qalatasaray”ın heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə,  İstanbul klubunun futbolçusu Veysəl Sarı zədələnib.

 

Belə ki, təcrübəli oyunçunun Türkiyə kubokunun qrup mərhələsinin III turu çərçivəsində "Diyarbəkir”lə qarşılaşmanın 17-ci dəqiqəsində top uğrunda mübarizə zamanı burnu qırılıb.

 

Burnundan qan açılan 26 yaşlı futbolçununbaş məşqçi Hamza Hamzaoğlu Yasin Öztəkinlə əvəzlənib.

 

Qeyd edək ki, “Qalatasaray” Türkiyə kubokunun qrup mərhələsində 3-cü qələbəsini qazananıb. “Cim-Bom” "Diyarbəkir”i səfərdə 1:4 hesabı ilə məğlub edib.