“Qalatasaray”ın hədəfindəki növbəti braziliyalı
24.01.2014 - 06:44
“Qalatasaray”ın hədəfindəki növbəti braziliyalı

“Qalatasaray” Aleks Tellesdən sonra Braziliyadan növbəti futbolçunu heyətinə qatmaq istəyir. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, “sarı-qırmızılar” “Sau Paulo”nun müdafiəçisi Rodolfoya elçi düşüb.

 

Məlumatlara görə təcrübəli dayaq müdafiəçisi axtarışında olan “Cim-Bom” 27 yaşlı braziliyalı üçün 5 milyon avro təklif edib. Xüsusilə də, baş məşqçi Roberto Mançininin bu futbolçunu heyətə qatmağı çox istədiyi deyilir.

 

Qeyd edək ki, Rodolfo 2011-ci ildən “Sau Paulo”da çıxış edir.