“Qalatasaray”ın müdafiəçisi sıradan çıxdı
12.02.2014 - 07:55
“Qalatasaray”ın müdafiəçisi sıradan çıxdı

“Qalatasaray”ın təcrübəli müdafiəçisi Hakan Balta sıradan çıxıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

 

Belə ki, son 4 matçda start heyətdə meydana çıxan və müdafiə xəttində mübariz oyunu ilə seçilən 30 yaşlı futbolçunun əzələsində sərtləşmə meydana gəlib. Klubdan verilən məlumata əsasən, artıq ötən gündən türkiyəli futbolçunun müalicəsinə başlanılıb.

 

Qeyd edək ki, Almaniyanın “Herta” (Berlin) futbol məktəbinin yetirməsi olan Hakan 2007-ci ildə “Manisaspor”dan “Cim-Bom”a keçib.