“Qalatasaray”ın kubok oyununun tarixi dəyişdirildi
25.12.2014 - 23:12
“Qalatasaray”ın kubok oyununun tarixi dəyişdirildi

Türkiyə kubokunun G qrupunda mübarizə aparan “Qalatasaray” – “Diyarbəkir BB” matçının tarixi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “Əli Sami Yən İdman Kompleksi Türk Telekom Arena”da keçiriləcək qarşılaşma yanvarın 22-sinə təyin edilib.

 

Görüş isə Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

Qeyd edək ki, “Qalatasaray” - “Diyarbəkir BB” oyunu daha əvvəl dekabrın 31-də keçirilməsi planlaşdırılırdı.