“Qalatasaray”ın sabiq futbolçusu qərarını verdi
02.01.2015 - 10:08
“Çelsi”nin təcrübəli futbolçusu Didye Droqbanın karyerasını bitirəcəyi vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu cari mövsümün sonunda butslarını mismardan asmağı qərara alıb.
Droqba qərarını yaxın günlərdə rəsmi şəkildə açıqlayacaq. O, futbolçu karyerasını başa vurduqdan sonra “Çelsi”nin məşqçilər korpusunda yer almaq niyyətindədi.
Karyerası ərzində “Le Man”, “Genqam”, “Marsel”, “Şanxay Şenxua” və “Qalatasaray” klublarının da formasını geyinən Droqba məhz “Çelsi”dəki çıxışı ilə parlayıb.
0
0