“Qalatasaray”ın ulduz voleybolçusu Nəriman Özsoy gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” yığmanın aparıcı hücumçusu Azərbaycandan aldığı təklifi müsbət dəyərləndirməyib.
Bolqarıstan doğumlu Özsoyu Bakı klubu ilə yanaşı, Rusiya təmsilçiləri də heyətində görmək istəsələr də, o, seçimini İtaliya komandasının xeyrinə edib. Nərimanın artıq A seriyasının yarımfinalçısı “Konegliano” ilə razılığa gəldiyi və bugünlərdə rəsmi müqaviləyə imza atacağı bildirilir.
Qeyd edək ki, Özsoy Çempionlar Liqasının 2013/2014 mövsümündə “Azəryol”a qalib gəldikləri hər 2 oyunda meydana çıxıb və Bakı təmsilçisinin mübarizəni dayandırmasında pay sahibi olub.
“Qalatasaray”ın ulduzu Bakı klubunun təklifinə “yox” dedi
20.05.2014 - 17:36
0
0