“Qalatasaray”ın yeni baş məşqçisindən vida məktubu
08.07.2014 - 05:25
“Qalatasaray”ın yeni baş məşqçisindən vida məktubu

 

Artıq bu gün “Qalatasaray”la rəsmi müqavilə imzalayacaq Çezare Parandelli vida məktubu yazaraq İtaliya Futbol Federasiyasına təşəkkür edib. Apasport.az saytının məlumatına görə, Parandelli “skuadra adzurra”nın dünya çempionatında qrup mərhələsindən çıxa bilməməsindən sonra istefa verib.

 

Mütəxəssis bütün bu illər ərzində onu dəstəkləyənlərə təşəkkür edib: “Mən ayrı-ayrılıqda heç kimin adını çəkməyəcəyəm – onlar həddən artıq çoxdurlar. Mənə sizinlə işləmək çox xoş idi. Mən həmişə bununla fəxr edəcəyəm. Lazımi məqamlarda həmişə lazım olan sözləri tapan İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abateya xüsusi olaraq təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, mənim həm mənfi, həm də müsbət iş təcrübəm dönüş nöqtəsi olacaq və ölkəmizin futbolunun layiq olduğu hörməti özünə qaytarmağa kömək edəcək”.