“Qarabağ” - "Monako" matçında anşlaq olmayacaq
05.11.2015 - 10:25
“Qarabağ” - "Monako" matçında anşlaq olmayacaq

“Qarabağ”ın “Monako” ilə oyununda anşlaq gözlənilmir. Klubdan apasport.az saytına verilən məlumata görə, satışa çıxarılan biletlərin heç yarısı hələ satılmayıb.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Monako” ilə bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma üçün 30 min bilet satışa çıxarılıb. Son informasiyaya görə, hələlik 14 min bilet satılıb.

 

Qarşılaşma saatına qədər bu sayın 20 minə çatması gözlənilir. Bu isə o deməkdi ki, Fransa təmsilçisi ilə görüşdə tribunaların 1/3 hissəsi boş qalacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Monako” oyunu saat 20:00-da başlayacaq.