“Qarabağ”: 4-cü dəfə
13.07.2015 - 12:00
“Qarabağ”: 4-cü dəfə

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununu keçirəcəyi tarix Azərbaycan klubları üçün tanış gündü. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun özü artıq 3 dəfə bu tarixdə avrokubok matçı keçirib.

 

Sonuncu belə qarşılaşma ötən yaya təsadüf edib. Həmin gün “Qarabağ” Maltada yerli “Valletta”nı 1:0 hesabı ilə məğlub edib. 2010-cu ildə isə ağdamlılar Şimali İrlandiyadan qalib dönüb.

 

Həmin gün təmsilçimiz “Portadaun”u 2:1 hesabı ilə məğlub edib. Lakin 2004-cü ilin 15 iyul tarixi ağdamlılar üçün uğursuz olub. 11 il əvvəl evdə Slovakiya “Dukla”sının qonağı olan təmsilçimiz 0:3 hesabı ilə uduzub.

 

Digər təmsilçilərimiz də bu tarixdə 3 oyun keçirib. 2004-cü ildə “Şəmkir” səfərdə “Tbilisi”yə (Gürcüstan) 0:1 hesabı ilə uduzmuşdusa, 2008-cu ildə “İnter” evdə “Rabotniçki”ni (Makedoniya) məğlub edə bilməmişdi – 0:0. 5 il əvvəl isə “Bakı” “Buduşnost”a (Monteneqro) qalib gəlsə də, sonda texniki məğlubiyyətə üzülmüşdü.