“Qarabağ” – “İnter” matçının bütün biletləri satıldı
11.12.2014 - 10:11
“Qarabağ” – “İnter” matçının bütün biletləri satıldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “İnter” matçının bütün biletləri satılıb. Apasport.az saytının məlumatına görə, bu günə cəmi 200-300 bilet qalmışdı ki, onları da azarkeşlər artıq alıblar. Bu informasiyanı əməkdaşımızla söhbətində “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib. Adi biletlərin qiyməti 1-10 manat, VİP biletlərin qiyməti isə 50 manat dəyərində idi.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “İnter” qarşılaşması saat 21:00-da başlayacaq.