“Qarabağ” – “Neftçi”: Qonaqlar qol vurmayacaq
05.12.2014 - 13:15
“Qarabağ” – “Neftçi”: Qonaqlar qol vurmayacaq

Topaz Premyer Liqasının XV turunun “Qarabağ” və “Neftçi” arasında mərkəzi oyunu FİFA hakimi Əliyar Ağayevə tapŞırılıb. Apasport.az saytının məlumatına görə, cari mövsüm 8 çempionat oyununa çıxan ədalət təmsilçisi liderlərin hərəsi ilə iki dəfə görüşüb.

 

Maraqlıqı ki, Ağayevin idarə etdiyi oyunlarda nə “Qarabağ” qol buraxıb, nə də “Neftçi”. Sonuncular V turda “Xəzər Lənkəran”ı 1:0, XI turda AZAL-ı 4:0 hesabı ilə məğlub edib. Ağdamlılar isə VI turda “Simurq”u 1:0 hesabı ilə yensə də, X turda “İnter”lə “sülh” bağlayıb - 0:0.

 

Paytaxt təmsilçisini hər iki matçda qırmızı vərəqə ilə cəzalandıran FİFA hakimi onların qapısına qolla nəticələnməyən 1 penalti də təyin edib. Amma “ağ-qaralar”ın rəqibləri də 1 qırmızı” ilə “fərqlənib”. “Qarabağ”ın matçlarında qırmızı vərəqə və penaltilərlə bağlı qərar verməyən Ağayev Ağdam təmsilçisinin üzvlərinə xəbərdarlıq da etməyib.

 

Ümumiyyətlə isə referini idarə etdiyi 8 Premyer Liqa oyununda meydan sahibləri 7 qələbə qazanıb, 1 heç-heçə edib. Bu görüşlərdə qonaqlar 1 dəfə də olsun qol vura bilməyib. Meydan sahiblərinin 17 qolundan 12-si ilk, 5-i ikinci hissədə vurulub.