“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi
05.12.2014 - 10:40
“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XV turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi dekabrın 7-də keçiriləcək qarşılaşmalara təyinatları açıqlayıb.

 

“Qarabağ” və “Neftçi” arasında turun mərkəzi oyunu FİFA hakiminə tapşırılıb. Görüşü Əliyar Ağayev idarə edəcək.

 

XV tur
7 dekabr (bazar)


15:15. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu
 

16:00. “Sumqayıt” – “Simurq”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov
“Kapital Bank Arena”
 

17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Mübariz Haşımov, Vüsal Əliyev
“Bayıl Arena”

17:15. “İnter” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nihad Əliyev, Fariz Yusifov 
“İnter Arena”

 

Mənbə: pfl.az