[b]“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı[/b]
15.02.2016 - 16:10
[b]“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasının XXII turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun görüşləri 3 gün ərzində keçiriləcək.

 

Fevralın 19-da keçiriləcək “İnter” – “Kəpəz” matçı saat 15:00-da başlayacaq. “Qarabağ”la “Neftçi” arasında mərkəzi oyun isə ertəsi gün 17:30-da start götürəcək.


Topaz Premyer Liqası

XXII tur
19 fevral (cümə)


15:00. “İnter” – “Kəpəz”
“İnter Arena”


20 fevral (şənbə)

15:00. “Sumqayıt” – AZAL

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 

17:30. “Qarabağ” – “Neftçi”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

21 fevral (bazar)

14:00. “Xəzər Lənkəran” – “Zirə”
“Xəzər Lənkəran” mərkəzi stadionu


16:30. “Rəvan” – “Qəbələ”
“Bayıl Arena”