“Qarabağ” – “Rot-Vays” oyununun başlama vaxtı dəqiqləşdi
09.01.2016 - 16:00
“Qarabağ” – “Rot-Vays” oyununun başlama vaxtı dəqiqləşdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın Almaniya təmsilçisi “Rot-Vays”la yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 16-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 20:30-da start götürəcək.

 

Ağdam klubunun Essen təmsilçisi ilə görüşü Bələkdə keçiriləcək. Almaniya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edən “Rot-Vays”la matç Qurban Qurbanovun yetirmələrinin Türkiyədə ilk sınağı olacaq.

 

Qeyd edək ki, “Qarabağ” həmin gün İranın “Traktorsazi” klubu ilə görüşməli olsa da, matç baş tutmayacaq. Essen təmsilçisi də məhz iranlıları əvəzləməlidi.