Bu gün Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində daha bir oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, turun mərkəzi görüşündə “Qarabağ” “Qəbələ” klubunu qəbul edib.
Güclü qar yağmasına baxmayaraq, Respublika stadionunda baş tutan görüşdə meydan sahibləri böyük hesablı qələbə sayəsində turnir cədvəlinin zirvəsində mövqeyini daha da möhkəmləndirib. Ölkə kubokunun 1/4 final mərhələsində uduzduğu rəqibi darmadağın edən Ağdam təmsilçisi ən yaxın izləyicisi olan “Neftçi” ilə 10 xallıq fərqi qoruyub.
Biabırçı yenilgidən sonra “Qəbələ” dördüncü sırada qərarlaşan, əlverişsiz hava şəraiti səbəbindən “Rəvan”la oyunu təxirə salınan “İnter”dən 1 xal geridə qalıb. “Bankirlər”in autsayderlə qarşılaşması sabah saat 17:00-a təyin edilib.
Qeyd edək ki, turun ilk 3 oyununda “Sumqayıt” AZAL-ı, “Bakı” “Simurq”u eyni 2:1 hesabı ilə məğlub edib. “Neftçi” ilə “Xəzər Lənkəran” arasında “Böyük oyun”da isə meydan sahibləri minimal hesabla qalib gəlib – 1:0.
30 mart (bazar)
“İnter” – “Rəvan” - 0:0 (Qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən 11-ci dəqiqədə təxirə salınıb)
İlk 3 dövrədəki oyunlar: 5:1, 3:2, 2:1
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov
“Şəfa” stadionu
“Qarabağ” – “Qəbələ” - 3:0
Qollar: Marinaldo Silva, 49; Reynaldo Silva, 65; 86
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 79 ("Qəbələ")
İlk 3 dövrədəki oyunlar: 1:0, 4:3, 1:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
|
|
komanda |
o |
q |
h |
m |
t |
x |
|
1 |
Qarabağ |
28 |
18 |
7 |
3 |
53-14 |
61 |
|
2 |
Neftçi |
28 |
15 |
6 |
7 |
41-33 |
51 |
|
3 |
Bakı |
28 |
14 |
6 |
8 |
45-30 |
48 |
|
4 |
İnter |
27 |
13 |
6 |
8 |
41-31 |
45 |
|
5 |
Qəbələ |
28 |
13 |
5 |
10 |
37-31 |
44 |
|
6 |
Simurq |
28 |
10 |
9 |
9 |
31-22 |
39 |
|
7 |
Xəzər L |
28 |
8 |
10 |
10 |
28-39 |
34 |
|
8 |
AZAL |
28 |
6 |
8 |
14 |
27-42 |
26 |
|
9 |
Rəvan |
27 |
3 |
8 |
16 |
15-46 |
17 |
|
10 |
Sumqayıt |
28 |
3 |
7 |
18 |
18-48 |
16 |
Bombardir: Reynaldo (Qarabağ) - 17