Avropa ölkələrinin bütün liqalarında çıxış edən klubların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ Almaniya “Bavariya”sı başçılıq edir.
Bundesliqa təmsilçisinin hesabında 2442,30 xal var. 2405,31 xala malik İspaniya “Real”ı 2-ci, 2374,51 xalı olan “Barselona” 3-cüdü.
Ən güclü 500 klub arasında ölkəmizin 3 təmsilçisi yer alıb. Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. 1935,62 xalı olan Ağdam təmsilçisi Avropada 161-cidi. Bakı “İnter”i isə 1840,88 xalla 333-cü yerdə qərarlaşıb. “Neftçi” isə yalnız 447-cidi. Bakılıların hesabında 1800,91 xal var.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı