[b]“Qarabağ” – uşaqlar üçün havayı [/b]
10.07.2014 - 10:30
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” (Malta) - “Qarabağ” (Azərbaycan) matçının biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, iyulun 15-də Maltanın Ta-Qali şəhərində keçiriləcək qarşılaşmaya giriş üçün azarkeşlər ən azı 10 avrosundan keçməlidi.
Daha yaxşı tribunalarında əyləşmək isə bahadı – 15 avro. Lakin uşaqlar “Qarabağ”ı pulsuz izləmək imkanına malikdi. Belə ki, 12 yaşadək azarkeşlər arenaya sərbəst daxil ola biləcəklər.
Qeyd edək ki, Maltadakı matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
0
0