Avropa Liqasının “Qarabağ”la Bakıdakı oyunu öncəsi “İnter” də rəqəmlərə aludə olub. Apasport.az-ın məlumatına görə, İtaliya təmsilçisinin rəsmi internet saytı qarşılaşmaya saatlar qalmış 7 statistik məqamı önə çəkməyi zəruri sayıb.
1. “Qarabağ” son 19 ev oyununda 11 qələbə qazanıb, 5 heç-heçə edib və 3 dəfə məğlub olub. Bu isə 19 matçda 38 xal toplamaq deməkdi.
2. 2013-cü il martın 7-dən sonra “İnter” Avropa Liqasında uduzmur. Bu müddətdə baş tutan 8 görüşdə 6 qələbə və 2 heç-heçə qeydə alınıb.
3. “Parma” ilə A seriyasının oyunundan sonra “İnter” hər matçda qol vurub. Milanlılar 6 matçdı meydanı qolsuz tərk etmir. Noyabrın 1-dəki oyundan sonrakı bu matçlarda 9 qol vuran “Neradzurra” 11-ni buraxıb. Oktyabrın 29-da baş tutan “Sampdoriya” ilə qarşılaşmadan sonra hər dəfə qol buraxan 7 matçdı “quru” oyuna həsrətdi. Bir sözlə, ardıcıl 6 görüşdə “qol-qol” qeydə alınıb.
4. Çexiyalı baş hakim Miroslav Zelinkanın avrokuboklarda idarə etdiyi 12 avrokubok oyununda qonaqlar qələbə qazanmayıb. 7 dəfə meydan sahibləri qalib gəlibsə, 5 dəfə heç-heçə qeydə alınıb. İlk dəfə Azərbaycan klubunun oyununda fit çalacaq referi 2013-cü il oktyabrın 24-də italiyalıları iş başında görüb. Həmin vaxt “Fiorentina” “Panduri”ni 3:0 hesabı ilə yenib.
5. Baş məşqçilər Qurban Qurbanov və Roberto Mançini nə futbolçu, nə də çalışdırıcı kimi üz-üzə gəlib.
6. Komandalar arasında yeganə oyun cari mövsümün 2-ci turunda baş tutub. Həmin matçda Milan klubu 2 cavabsız qolla qalib gəlib.
7. Azərbaycan və İtaliya klublarının 4-cü duelinədək “İnter” 2 dəfə “Neftçi” (3:1, 2:2), 1 dəfə “Qarabağ”la (2:0) görüşüb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı